Ölkədə cari ilin yanvar - avqust aylarında 64 108 uşaq doğumu qeydə alınıb.
Bu barədə teleqraf.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən doğumu qeydə alınan uşaqlardan 34 065-i kişi, 30 043-ü isə qadın cinsinə mənsub olub.