İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov İsrailin turizm naziri Yoel Razvozovla görüşüb.
“Azərbaycan Hava Yolları”ndan verilən məlumata əsasən, bu barədə AZAL-ın prezidenti nazir ilə keçirilən görüşdə məlumat verib.
Bundan əlavə, Bakıdan Təl-Əvivə uçuşların sayının həftədə 5 dəfə olması razılaşdırılıb.