İstanbul-Bakı aviareysi ertələnib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az “Buta Airways”-ə istinadən xəbər verir.
15 yanvar tarixində uçmalı olan “J2-9106” nömrəli reys texniki səbəblərə görə ləğv edilib. Təyyarə 16 yanvar saat 10:50-də Bakıya yola düşməlidir.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq, hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.