Fövqəladə Hallar Nazirliyi (FHN) Su çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması xahiş olunur:
“Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır", – deyə paylaşımda qeyd edilib.