Bu gün, 15 dekabr tarixində səhər saat 7:40-da yola düşən Sumqayıt-Pirşağı-Bakı istiqaməti ilə hərəkət edən qatar Goradil və Məhəmmədli qəsəbələri ərazisində 2 dəfə dayanıb. Bu haqda Bizim.Media məlumat verib.
Verilən məlumata görə, dayanmaya səbəb elektrik verilişinin kəsilməsi olub. Nəticədə qatar Bakıya gecikmə ilə çatıb.