Suraxanı rayonunda abadlıq işləri çərçivəsində yollar təmir olunur. Bu haqda BakuPlus.az bu gün, 11 iyun tarixində xəbər verir.
Sakinlərin rahatlığını təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Əmircan qəsəbəsində, A.Rzayev küçəsində 680 metr uzunluğunda olan yolda 3740 kv.m sahədə asfalt örtüyü salınır.
Rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.
[URIS id=48266]