Suraxanı Maşınqayırma Zavodu özəlləşdirilir. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Özəlləşdirilmə ilə əlaqədar 100% dövlətə məxsus olan zavoda 26 ədəd ən son texnoloji avadanlıq alınıb və quraşdırılıb. Müəssisənin istehsal gücünün artırılması, fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
“Həm daxili tələbatın ödənilməsi, həmçinin xarici bazara məhsulların təqdim edilməsi, ənənəvi məhsullardan əlavə, yeni məhsulların istehsal olunması, idxal olunan malların yerli məhsullarla əvəz edilməsi planlarımızdadır. Müəssisə hazırda mənfəətlə işləyir və son iki ildə dövlətə dividend ödəyib”, - deyə Dövlət Xidmətinin yanında Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Toğrul İsalı bildirib.