Bakıda abadlıq-quruculuq işləri çərçivəsində avtomobil yollarında təmir işləri aparılır. İşlər paytaxtın Suraxanı rayonu ərazisində həyata keçirilir. Bu haqda Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində uzunluğu 1500 m olan yolda 7500 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.
Rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.