Suraxanı rayonunda şəhid Davud Məmmədlinin 40 mərasimi keçirilib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Öncə rayon rəhbərliyinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində onun əziz xatirəsi ehtiramla yad edilib.
Davud Məmmədli 24 may tarixində Daşkəsən rayonundakı N saylı hərbi hissədə ildırım vurması nəticəsində həyatını itirmişdi.