Əli Mirəliyevin səhhəti yaxşılaşıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Ötən gün xəstəxanaya yerləşdirilən müğənni vəziyyətinin stabil olduğunu bildirib:
“Əməliyyatım qaldı. Ehtiyac görülmədi. Mədəm ilə bağırsağın arasında yer var idi, o tutulmuşdu. Həkimlər təcili tədbir gördülər. Dərman verdilər, içdim və açıldı. Təxminən bu gün artıq evə buraxılaram".
Qeyd edək ki, Əli Mirəliyev səhhətindəki problemlə əlaqədar təcili şəkildə xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı "Elgizlə izlə" proqramında ifaçının əməliyyat olunacağını bildirmişdi.