Keçən il Bakıda yol-nəqliyyat hadisələri nəticəsində 269 piyada vurulub, onlardan 134-ü dünyasını dəyişib. Bu haqda bu gün, 19 yanvar tarixində Report Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərliyə istinadən məlumat verib.
Onun sözlərinə görə, 153 piyada xəsarət alıb. Ötən illə müqayisədə Bakıda piyadaların vurulması ilə bağlı qəzaların sayı 41 fakt azalıb.
Əsgərli bildirib ki, ötən il Bakıda motosikletlərin iştirakı ilə 4 qəza baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.