“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 2022-ci ildə 98 müxtəlif təyinatlı gəmi təmir edilib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az ASCO-ya istinadən məlumat verir.
Məlumata görə, gəmilərin 25-i əsaslı, 43-ü tərsanə, 30-u cari təmir olunub. Onlardan 82-si ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 3-ü Dəniz Nəqliyyatı Donanmasına, daha 13-ü isə üçüncü şəxslərə məxsus olub.
Təmir prosesi ASCO-nun yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyaların tələblərinə uyğun həyata keçirilib.