“Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana komissiyasız pulköçürmə funksiyasını işə salıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az məlumat verir.
Türkiyədən komissiyasız pul köçürmələri bütün Azərbaycan banklarının kartlarına təklif edilir.
Son statistikaya görə, Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Həmin vətəndaşların aktual problemlərindən biri də vətənlərinə pul köçürmələri prosesində yaranan çətinliklərdir.
“Turan” tətbiqi gələcəkdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi digər türkdilli dövlətlərdə də fəaliyyətləri hədəfləyir.