Təxirə salınmış Bakı-Naxçıvan reysləri bərpa olunub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Bununla bağlı aviaşirkət yeni cədvəli təqdim edib. Sözügedən reyslər geniş gövdəli “Airbus A340” təyyarəsi ilə həyata keçiriləcək.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
[caption id="attachment_83650" align="alignnone" width="640"]
Foto AZAL-ın rəsmi saytı[/caption]