“Uber” və “Bolt”da işləyən taksi sürücülərindən çoxlu şikayət var. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, son zamanlar daxil olan müraciətlər əsasında 400-dən artıq taksi sürücüsü cərimələnib və ya barələrində cinayət işi açılıb.
“Hazırda taksilərlə bağlı müvafiq addımların atılması davam etdirilir”, - deyə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.