AzTv-nin aparıcısı Natəvan Babayeva uzunsürən onkoloji xəstəlikdən sonra ötən gün, saat 20:00 radələrində dünyasını dəyişib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az məlumat verir.
Aparıcının Türkiyədən Vətənə gecə saatlarında döndüyü bildirilib. Daha sonra Babayevanın vəziyyəti pisləşdiyi üçün o, səhər saatlarında Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Lakin Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Onun 46 yaşı var idi. Natəvan Babayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, qısa müddət “Sara Xəbər”də çalışıb, daha sonra 16 il ərzində ANS kanalında işləyib. Son illər Babayeva AzTV kanalının aparıcısı olub.