Uzun müddətdir ağır xəstəliklə mübarizə aparan tanınmış azərbaycanlı jurnalist Araz Zeynalov dünyasını dəyişib. Bu haqda 3 avqust, axşam saatarında Vesti.az məlumat verib.
Araz Zeynalov rusdilli Vesti.az saytının ilk baş redaktoru olub və uzun illər ona rəhbərlik edib. Ağır xəstəlik iş imkanlarını məhdudlaşdırdıqdan sonra bir müddət informasiya saytının baş redaktorunun müşaviri vəzifəsində çalışmağa davam edib.
Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. “Azərbaycan gəncləri”, “Kaspiy” qəzetlərində çalışıb, “Panorama” nəşrlərinin baş redaktoru olub.