Tbilisinin Krtsanisi küçəsində yerləşən və qardaşlaşdığı şəhərlərə həsr olunan bağda Bakıya aid lövhə quraşdırılıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Lövhənin üzərində Tbilisidən Bakıya qədər olan məsafə, eləcə də gürcü və ingilis dillərində “Bakı, Azərbaycan” sözləri yazılıb.
Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandum 2021-ci ilin iyul ayında imzalanıb.
[URIS id=54799]