Tbilisiyə uçan təyyarə Bakıya məcburi eniş edib. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Hava Limanına istinadən xəbər verir.
Banqkok-Tbilisi marşrutu ilə hərəkət edən Malayziyanın “AirAsia” şirkətinin “Airbus A330” təyyarəsi təyinat məntəqəsində duman olduğundan Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etməyi qərar verib.
Həmçinin bu gün səhər saatlarında Tbilisiyə uçan Polşanın “LOT” aviaşirkətinin təyyarəsi eyni səbəbə görə Bakıya eniş edib.