Dövlət Gömrük Komitəsi Bakı aeroportunda külli miqdarda dərman aşkar edib. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Tehran-Bakı reysi ilə gələn İran vətəndaşının çantasında, şalvar və pencəklərin, hətta alt geyimlərinin və corabların içərisində 77 adda 497 ədəd psixotrop və digər dərmanlar aşkarlanıb.
Həmin şəxs barəsində araşdırma aparılır.
[URIS id=83541]