Paytaxtın Yasamal rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Vidadi Fərhadovla vida mərasimi keçirilir. Bu haqda Bakuplus.az bu gün, 20 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi ilə vida yaşadığı evdə baş tutacaq. Mərasimi ailə üzvləri, Şuşa ŞİH-nin, həmçinin Yasamal RİH-nin rəhbərliyi, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhum Pirşağı qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.
56 yaşlı Vidadi Fərhadov sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində aldığı qəlpə yarası xəsarətindən ölüb.
[URIS id=113651]