Bakıdan olan qrossmeyster Teymur Rəcəbovun yanvar ayına FİDE reytinqi açıqlanıb. Bu haqda Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat paylaşılıb.
Şahmatçı ən yaxşıların arasında 2753 xal ilə 14-cü yerdə qərarlaşıb.
Siyahının lideri 2863 xal ilə Maqnus Karlsen olub. Daha bir şahmatçımız Şəhriyar Məmmədyarov isə 2767 xal ilə ilk onluğa düşə bilib. O, cədvəlin 9-cu pilləsindədir.