Növbədənkənar prezident seçkiləri ilə əlaqədar tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az TƏBİB-yə istinadən xəbər verir.
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Xətai Tibb Mərkəzi və Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb.
Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.
Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency”də həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib.
Gücləndirilmiş iş rejimi 8 fevral tarixinə qədər davam edəcək.