Şəmkirdə itkin düşən ana və 3 azyaşlı övladı Bakıda tapılıblar. Bu haqda 14 mart tarixində Avtosfer.az məlumat verib.
Şəmkir rayonunda martın 9-da Səriyyə Məmmədova 7, 6 yaşında iki oğlu və 4 yaşında qızı ilə səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Məlum olub ki, Səriyyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstəxanada yatırmış və bir neçə gün əvvəl xəstəxanadan qaçıb.
Səriyyə Məmmədovanı polis Bakıda tapıb və hazırda ana və azyaşlı övladlarının səhhətində heç bir problem yoxdur.