Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay”-də satışı cəmiyyətdə birmənalı qarşılanmayıb. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, Baş Prokurorluq faktla bağlı dərhal cinayət işi açmalıdır. Bu haqda bu gün, 12 yanvar tarixində Vesti.az məlumat verib.
“Səttar Bəhlulzadənin əsərlərinin əcnəbi tərəfindən “eBay”-də satılması yalnız Mədəniyyət Nazirliyi və Gömrük Komitəsinin məsul şəxslərinin vəzifə səlahiyyətlərini aşması nəticəsində mümkündür.
Baş Prokurorluq dərhal bu məsələ ilə bağlı cinayət işi qaldırmalı və Türkiyədən olan həmkarlarından hüquqi yardım almalıdır”, - deyə sabiq nazir bildirib.
Daha öncə məlum olub ki, Səttar Bəhlulzadənin əsərləri “eBay”-də 18.5 milyon dollara satılır.