Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş Bacı) xəstəxanaya yerləşdirilib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az məlumat verir.
Noyabrın 13-ü onun səhhəti pisləşib. Aktrisa hazırda həkim nəzarətində olduğunu bildirib.
"İnanıram ki, mənimlə hər şey yaxşı olacaq", - Tünzalə Əliyeva deyib.
Bir neçə gün əvvəl o, hər kəslə vidalaşmaq üçün Gəncəyə gedib. Tünzalə Əliyeva mədəkiçiltmə əməliyyatı keçirdikdən sonra xərçəng xəstəliyinə tutulub. İndiyə qədər 65 kimyaterapiya alıb. Əməkdar artist hazırda beyin xərçəngindən əziyyət çəkir.