Bakının mərkəzində qanunsuz tikili sökülüb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Səbail rayonu, Nigar Rəfibəyli və Əhməd Cavad küçələrinin kəsişməsində, Fəvvarələr meydanında daxil olan sorğu əsasında monitorinq aparılıb.
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından ötən gün axşam saatlarında özbaşına tikinti işləri dayandırılıb, tikili sökülüb.