Şuşa - Laçın yolunda avtoqəzada şəhid olan əsgər Bakıda torpağa tapşırılacaq. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az “Report”-a istinadən xəbər verir.
Tovuz rayonu, Aşağı Quşçu kənd sakini 22 yaşlı Vüsal Kazımov II Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum hazırda ailəsinə təhvil verilib və paytaxtda vida mərasimi keçirilir.
Əsgər qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun hərbi xidmətinin başa çatmasına 3 ay qalmışdır.