Bakıda bir sıra ali təhsil müəssisələrində qiymətləndirmə aparılır. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Keçən il dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə məlumat verib.
Həmin təhsil ocaqları arasında ADA, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti yer alıb.
Həmçinin Bakı Dövlət Universitetinin magistratura səviyyəsi üzrə 6 ixtisaslaşmanın (Yüksək molekullu birləşmələr kimyası, Neft kimyası, Üzvi kimya, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki kimya) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri dövlət akkreditasiyası tərəfindən nəzərə alınıb. Bura yüksək molekullu birləşmələr kimyası, qeyri-üzvi kimya, neft kimyası, analitik kimya, fiziki kimya və üzvi kimya aiddir.