top
USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
18 mart 2025, 00:39
- ↺ +

USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının rəhbəri Məmməd (Alpay) Məmmədzadə həbs olunublar.

Onlar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəşir Süleymanlı barəsində 3 ay 28 gün, Məmməd (Alpay) Məmmədzadə barəsində isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki QHT rəhbəri Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.

Bakupost.az xəbər verir ki, zaman-zaman Qərb institutları ilə - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək Fondu (NED), "German Marşal" fondu və s. ilə fəal əməkdaşlıq edən QHT rəhbərlərinin həbsi xarici təsir agenti mövzusunu, eləcə də bir sıra beynəlxalq donor təşkilatlarının Azərbaycanda təkcə QHT sektoruna deyil, eyni zamanda dövlət qurumları yanında İctimai Şuralara, hətta bir sıra dövlət qurumlarına nüfuz etməsi mövzusunu yenidən gündəmə gətirib.

Bu aspektdə xüsusən də bu yaxınlarda Azərbaycanda fəaliyyətini dayandıran USAİD-in fəaliyyəti diqqəti cəlb edir. Qeyd edək ki, bu təşkilat Azərbaycanda 1991-ci ildən 2025-ci ilin əvvəllərinə qədər - təqribən 34 ilə yaxın fəaliyyət göstərib.

USAID Azərbaycanda son illərdə daha çox kənd təsərrüfatı, qadın sahibkarlığı, kiçik və orta biznes, gənclərin bacarıqlarının artırılması ilə bağlı layihələri dəstəkləyib, regionlarda Qadın Resurs Mərkəzləri yaradıb.

Ümumilikdə isə son 34 il ərzində USAID Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına bütövlükdə 431 milyon dollar vəsait ayırıb.

Əlbəttə, bu, kifayət qədər böyük məbləğdir. Təbii ki, bu məbləğin qarşılığında USAID-in də öz maraqları olub. Xüsusən də nəzərə almaq lazımdır ki, təşkilat özü ABŞ hökuməti tərəfindən maliyyələşdirilib. Bu isə onu deməyə əsas verir ki, USAİD-in də ABŞ hökuməti qarşısında öz öhdəlikləri olub. Bu, öhdəliklərin nədən ibarət olmasını şərh etməyə isə əlbəttə, ehtiyac yoxdur. Məlumdur ki, əksər donor təşkilatlar kimi, USAİD də Azərbaycan cəmiyyətinə, ölkənin ictimai-siyasi həyatına nüfuz etmək, özünə tərəfdarlar toplamaq və onlar vasitəsilə Azərbaycanda ABŞ-ın maraqlarını həyata keçirməklə məşğul olub.

Yuxarıda bu cür donor təşkilatların yalnız QHT rəhbərlərini ələ almaqla kifayətlənmədiyi, İctimai Şuralara və dövlət qurumlarına da nüfuz etməyə çalışdığına toxunmuşduq. Əvvəlcə, müxtəlif nazirliklər yanında İctimai Şura rəhbərləri və üzvlərinin ələ alınması məsələsinə aydınlıq gətirək. Əslində bu, bəlli faktır və müxtəlif səviyyələrdə etiraf da olunub. Belə ki, bir müddət öncə Azərbaycan Milli QHT Forumu İctimai Şuraların formalaşdırılmasında pozuntulara dair bəyanat yaydı. Bəyanatda qeyd olunurdu ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai Şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir:

"Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai Şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai Şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var".

Bu bəyanat özü də təsdiq edir ki, donor təşkilatlar İctimai Şura üzvlərindən dövlət qurumlarına təsir etmək, onlar vasitəsilə müvafiq məlumatlar toplamaq, öz məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. O da maraqlıdır ki, Azərbaycanda İctimai Şuralar layihəsinin donoru elə USAID olub.

Xarici donor təşkilatların dövlət qurumlarının rəhbərləri ilə də əməkdaşlıq etdiyinə dair açıq mənbələrdə kifayət qədər məlumatlar var. Bu məlumatlara toxunmazdan öncə həmin təşkilatların rəsmi qurumlara necə sızması ilə bağlı bəzi məqamları qeyd etmək yerinə düşərdi.

Ekspertlərin fikrincə, Qərb donorları dövlət qurumlarına nüfuz etmək üçün daha çox 2 üsuldan istifadə edirlər. Bunlardan biri xarici donorların dövlətin strateji hədəflərinə qarşı yönəlmiş layihələrini fərqli adlar altında qeydiyyata aldırmasıdır. Onlar müxtəlif cəlbedici layihələr hazırlayaraq, dövlət qeydiyyatından keçirirlər. Bu yolla da xarici donorların sərbəst hərəkət etmək, müxtəlif informasiyalar çıxış imkanı və s. yaranır və bundan sonra öz əsl məqsədlərini həyata keçirməyə başlayırlar.

Dövlət qurumlarına sızmağın ikinci üsulu isə xarici qrantların qeydiyyatı və nəzarətinə cavabdeh olan şəxslərin səbatsızlığı və ya tamahkarlığından istifadə etməkdən ibarətdir. Bəzi iddialara görə, bu halda layihələr üzrə nəzərdə tutulmuş büdcə 50/50 faiz nisbətilə bölünür.

Qayıdaq xarici donorların dövlət qurumlarının rəhbərləri ilə də əməkdaşlığı məsələsinə. Elə götürək USAID-la İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in əməkdaşlığını.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla USAID-in Vaşinqton ofisinin nümayəndələri və təşkilatın Azərbaycandakı nümayəndəsi arasında dəfələrlə müxtəlif görüşlər keçirilib. Məsələn, belə görüşlərdən biri 7 dekabr 2021-ci ildə keçirilib. Görüşdə birgə əməkdaşlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Növbəti görüş isə 2022-ci ilin noyabrında baş tutub. Bu dəfə geniş tərkibdə. Belə ki, görüşdə USAID-in Vaşinqton Ofisinin səhiyyə üzrə eksperti Mark Austin, USAID-in Vaşinqton Ofisinin idarəetmə məsələləri üzrə eksperti Sarah Svift, USAID-in Azərbaycan Nümayəndəliyinin idarəetmə məsələləri üzrə əməkdaşı Bianka Ksoll, USAID-in Azərbaycan Nümayəndəliyinin missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi, USAID-in Azərbaycan Nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli, TƏBİB-dən isə Vüqar Qurbanovla yanaşı bir neçə departament və şöbə rəhbəri iştirak ediblər.

Görüşlə bağlı rəsmi məlumatda qeyd olunub ki, ekspertlərin səfərinin məqsədi "Azərbaycanda səhiyyə sisteminin ehtiyaclarını müəyyən etmək və USAID-in Azərbaycanda həyata keçirdiyi layihələri müzakirə etmək"dir.

Görüşdə həmçinin USAID-in Azərbaycanda “Pandemiyaya cavab tədbirləri” layihəsi, eləcə də digər birgə layihələr barədə danışılıb və bu layihələr çərçivəsində USAID-in TƏBİB-lə sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Bu görüşlərin nəticəsi olaraq, yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə işçi qüvvəsinin biliklərinin təkmilləşdirilməsi, təlim və simulyasiya mərkəzinin, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə milli istinad laboratoriyasının yaradılması istiqamətində işlər görülür.

USAID-in TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində xeyli seminar və vebinarlar təşkil olunub, TƏBİB və İTS əməkdaşlarının ABŞ ictimai səhiyyə sistemi ilə tanış olmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün ABŞ-a səfəri təşkil olunub, həmçinin TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzində Simulyasiya və Təlim Mərkəzi yaradılıb. Bu layihəyə USAID tərəfindən 3,35 milyon dollar vəsait ayrılıb. Maraqlıdır, bu gün həmin mərkəz fəaliyyət göstərirmi? Ritorik sualdır. Amma orası dəqiqdir ki, həmin məbləğə nəinki təlim mərkəzi, hətta ayrıca xəstəxana da tikmək olardı...

Bunlar USAID-lə TƏBİB rəhbərinin sıx əməkdaşlığını əks etdirən faktların heç də hamısı deyil. Bu əməkdaşlıq nəticəsində “Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan, xeyli sayda yerli və xarici səhiyyə işçilərinin qatıldığı 3 günlük regional görüş, təcili yardım, ürək masajı təlimləri və s. layihələr həyata keçirilib. Və bütün bunlara USAID tərəfindən milyonlarla dollar vəsait ayrılıb. Maraqlıdır, bu "işgüzar" münasibətlərin doğrudanmı Azərbaycan səhiyyəsi üçün səmərəli nəticələri olub? Axı bu gün milyonlarla dollar vəsait ayrılmasına rəğmən, ortada ayrı-ayrı həkimlərə verilən adi təlim sertifikatlarından başqa bir şey yoxdur. Həmin Simulyasiya və Təlim Mərkəzinin isə yəqin ki, izi-tozu da qalmayıb.

Maraqlıdır, xarici donor təşkilatları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırma zamanı səhiyyə sahəsinə ayrılan milyonların da aqibəti araşdırılacaqmı?

Son xəbərlər

Xəbər
Bu gün, 10:56

Məktəbdə şagirdlər arasındakı bullinq iddiası ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA

Kriminal
Bu gün, 10:50

20 yaşlı qız bacısını fenə görə bıçaqladı

Xəbər
Bu gün, 09:54

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib - "Adıma əxlaqsız mahnılar yazırdılar"

Xəbər
Bu gün, 09:44

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
Bu gün, 09:35

Bakıda quraşdırılacaq avtobus svetoforlarının iş prinsipi açıqlanıb

Xəbər
Dünən, 17:44

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı məlum olub

Aktual Xəbərlər
Dünən, 17:30

Azərbaycanda 9 ayda 300-dən çox yaşlı evlənib

Xəbər
Dünən, 15:55

Bakı məktəbindən dəhşətli İDDİA: "Qardaşının başını kəsəcəyik" - direktor susur?

Aktual Xəbərlər
Dünən, 15:45

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Dünən, 14:38

İşdən çıxarılma xəbərini Qazaxıstanda alıbmış

Aktual Xəbərlər
Dünən, 13:00

Ramiz Mehdiyev ailəsi ilə Əli Kərimlinin məhkəməsinə çağırıldı

Xəbər
Dünən, 12:04

Öldürdüyü qadının valideynləri kürəkəninin azadlığa çıxmasına etiraz etmir

Aktual Xəbərlər
Dünən, 11:28

Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü

Xəbər
Dünən, 10:38

Stalinin maşın bağışladığı dahi bəstəkarın vəfat etdiyi gündür

Aktual Xəbərlər
Dünən, 09:56

NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb

Xəbər
Dünən, 09:26

Aparıcının öldüyü qəzada daha bir nəfər dünyasını dəyişib...

Xəbər
Dünən, 08:44

Aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü

Xəbər
22 noyabr 2026, 20:54

"Bolt" sürücüsünü mahnıya görə döydü, həbs olundu

Xəbər
22 noyabr 2026, 20:00

23-29 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 noyabr 2026, 11:00

Anasının seçdiyi qızla evləndi, bir gecədə saçı ağardı - Xalq artistinin anım günüdür

Yasamal
21 noyabr 2026, 17:45

"Park Yasamal"ın qarşısında nizamsız parklanma küçəni daraldıb

Yasamal
21 noyabr 2026, 16:30

Bakıda oğru "Xala bağışla, səhv gəlmişəm" deyib qaçdı

Xəbər
21 noyabr 2026, 15:55

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Xəbər
21 noyabr 2026, 14:23

Bakıya güclü yağış yağacaq

Oxşar xəbərlər