Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır. Bu haqda BakuPlus.az aviaşirkətin mətbuat xidmətinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Bu aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək. Cümə axşamı və bazar günlərində uçuşlar qrafikə uyğun olaraq qalır.
Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə saat 17:05-də həyata keçiriləcək. Uçuş ümumilikdə 2 saat 20 dəqiqə çəkəcək.
Aviaşirkət Moskva-Bakı, Qroznı-Bakı, Samara-Bakı, Ufa-Bakı, Sankt-Peterburq-Bakı, Tümen-Bakı, Surqut-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər təşkil edir.