Bakının Nizami Rayon Məhkəməsində vəkil adından qanunsuz istifadə edən Camal Bağırzadəyə hökm oxunub. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bağırzadə İnzibati Xətalar Məcəlləsinin “Xırda talama” və “Vəkil adından qanunsuz istifadə” maddələri ilə ittiham olunub. Hökmə əsasən, o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.
Camal Bağırzadə ona müraciət edən Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib və ondan pul alıb. Hadisə ilə bağlı Babayeva Baş Prokurorluğa müraciət edib.