Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində partlayışda xəsarət alan qadın dünyasını dəyişib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
9 gün öncə adıçəkilən qəsəbədə yerləşən yaşayış evində partlayış qeydə alınmışdı. Nəticədə Nurəngiz Ağayeva müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qaz sızması nəticəsində baş vermişdi. Faktla bağlı araşdırma davam edir.