Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi veteranı İbrahim Hüseynova sinir nəqli edilib. Bu haqda bu gün, 6 avqust tarixində tibbi müəssisənin rəsmisi Günay Quluzadə məlumat verib.
Əməliyyatı İnstitutun direktoru Elviz Qasımovun rəhbərliyi altında travmatoloq-cərrah Tofiq Abdullayev həyata keçirib.
7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi kimi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Sağ ayaqdan götürülən sinir sol ayağa transplantasiya edilmişdir. Bundan sonrakı bərpa müddəti həkim nəzarətində davam etdiriləcək.