Vətəndaşlarla kobud davranan rəis işdən çıxarılıb. Bu haqda 23 dekabr tarixində Qafqazinfo.az xəbər verib.
Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən azad olunub. Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Məlum olub ki o, vətəndaşlarla mütəmadi olaraq kobud rəftar edib. DİN-ə gələn çoxlu sayda şikayətlər əsasında araşdırma aparılıb və fakt təstiqlənib.