Vaqif Xaçatryanın bu gün məhkəmə iclası keçiriləcək. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər. İclas Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutacaq.
Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilir.