Səbail rayonunda övladını bıçaqlayan Saqi Kərimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda 7 mart tarixində APA məlumat verib.
Məhkəmə prosesini hakim Azad Məcidov icra edəcək.
Noyabrın 23-də Səbail rayonu, Y.Mürsəlov küçəsindəki evlərin birində Yevlax rayon sakini, 32 yaşlı Saqi Kərimov 46 yaşlı qayınanasına yüngül, 2 yaşlı oğluna daxilə nüfuz edən, sonra isə özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.