Bakının Səbail rayonunda, Şıx çimərliyində yerləşən istirahət mərkəzinin icarədarı cərimələnib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Həmin şəxs çimərliyin ərazisində sanitariya-gigiyena qaydalarının pozulmasına görə cərimələnib. “Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması” maddəsi əsasında onun barəsində protokol tərtib olunub.