Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər. Bu haqda bu gün, 6 dekabr tarixində Report Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayeva istinadən məlumat verib.
Ağayev qeyd edib ki, layihənin əvvəlində paytaxtda 10 küçəyə xüsusi zolaqlar salınıb, sonradan onların sayı 17-yə çatdırılıb. Ümumilikdə 49 küçəyə xüsusi zolağın salınması nəzərdə tutulub.