TƏBİB yeni rüsumlarla bağlı açıqlama verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Xəstəxanada pasiyentin yanında qalan şəxslər üçün ödəniş zəruridir. Belə ki, pasiyentin yanında qalmaq 12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar üçün isə ödənişlidir. Bura qidalanma da daxildir.
“12 yaşdan yuxarı pasiyentlərin xəstəxanada qalması əlavə xərc tələb etdiyinə görə qanuna əsasən, həmin şəxslər 1 gün üçün 11 AZN məbləğində ödəniş etməlidirlər”, - deyə TƏBİB-nin şöbə müdiri Fatiq Həsənov qeyd edib.
Sözügedən xidmət TƏBİB-nin tabeliyində olan tibb müəssisələrinə aiddir.