Ötən gün Xətai rayonunda bir nəfər batıb. Onun axtarışları davam edir. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralıdakı nəzarətsiz ərazidə baş verib. Axtarışların daha da intensivləşdirilməsi üçün 2 ədəd helikopter cəlb olunub.