Paytaxtın Xətai rayonu, İ.Zülfüqarov küçəsində şəhidlərin xatirəsinə park açılıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Burada Milli Qəhrəman Oqtay Güləliyev və Vətən müharibəsi şəhidi Əkbər Pənahovun xatirəsinə lövhə quraşdırılıb. Ətraf sahə isə abadlaşdırılaraq park salınıb. Ərazidə azyaşlılar üçün idman və əyləncə qurğuları quraşdırılıb, oturacaqlar qoyulub.
Açılışda rəsmi qurumların nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
[caption id="attachment_52265" align="alignnone" width="800"]
Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı[/caption]