Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən məktəbdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb. Məktəbin həyətində 0,5 kv.m sahədə taxta qırıntıları yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə ilə bağlı videogörüntüləri təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/sputnik-az.mp4"][/video]