Paytaxtın Xətai rayonunda “Bir ağac - min nəfəs” aksiyası keçiriləcək. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Ting paylama aksiyası 3 noyabr saat 11:00-da Vunq Tau küçəsində, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanında təşkil olunacaq.
Siz də minimum 10 litr həcmində plastik, minimum 5 litr həcmində şüşə, eləcə də kağız və ya minimum 3 ədəd işlənmiş batareya tullantılarını gətirərək əvəzində ting əldə edə bilərsiniz.