Xətai rayonu, Əhmədli qəsəbəsindəki Heydər Əliyev adına parkın ərazisi 3 dəfədən çox böyüdülüb. Bu haqda Bəhruz Qurbanov öz Facebook sosial şəbəkəsindəki şəxsi profilində paylaşıb.
Parkın ərazisi 4,4 hektardan təxminən 14 hektara qədər artırılıb.
Həmin ərazidə əkilmiş ağaclar, uşaq meydançaları, velosiped yolları ilə yenilənmiş park ziyarətçilərin üzünə açıqdır.
Həmçinin yenilənmiş park ərazisində amfiteatr və avtomobil dayanacağı da inşa edilib.
Parkın köhnə hissəsindəki mərmər sökülərək səki daşları ilə əvəz edilib.
Köhnə attraksionlar tamamilə sökülüb, gəzinti yollarının sayı artırılıb.
[URIS id=50338]