Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda atmosfer havasının keyfiyyət göstəricisini açıqlayıb. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az məlumat verir.
Bakı şəhərinin Səbail, Nizami, Nərimanov rayonları və Sumqayıt şəhəri ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Lakin Xətai rayonunda dəm qazı normadan 1.6 dəfə yüksək qeydə alınıb.