Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kamran Rəhimli 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
O, sözügedən ərazidə baş verən kütləvi dava zamanı 25 yaşlı Yusif Əhmədovu və 24 yaşlı Sahil Mahmudovu bıçaqlamışdır. Hər iki nəfərin həyatını xilas etmək mümkün olmuşdur.