Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 8 iyul tarixində xəbər verir.
“Şuşa ili” çərçivəsində Müqəddəs Qurban bayramına həsr edilmiş onlayn oyuna qeydiyyat açıq elan edilib.
10 iyul keçiriləcək oyun saat 12:00-da başlayacaq.
İştirak etmək üçün komandaların qeydiyyatdan keçməsi mütləqdir.
Qeydiyyat üçün son tarix 9 iyul, saat 22:00-dır.