Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin müxtəlif ünvanlarında qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb. Bu haqda bu gün, 10 iyun tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Obyektlərdə heyvan kəsiminin baytarlıq nəzarəti olmadan həyata keçirildiyi məlum olub. Həmçinin qida təhlükəsizliyinin qaydalarına riayət olunmadığı müəyyənləşib.
Aparılan reydlər zamanı 11 nəfər cərimələnib.