Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib. Bu haqda 3 dekabr tarixində Aqreqator.az məlumat verib.
Ötən gün Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb və sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:
"Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun deyirəm. Bizim dost itirən vaxtımız deyil!" - aparıcı Hacı Nuran Hüseynov bildirib.